Azərbaycan Portuqaliyada səfirlik açır
Azərbaycan Respublikası Portuqaliyada səfirlik açacaq. Bununla bağlı qanun layihəsi Milli Məclisdə müzakirə olunaraq qəbul edilib.
6/12/2026
Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının Portuqaliya Respublikasında (Lissabon şəhərində) səfirliyinin təsis edilməsi haqqında” sənəd səsverməyə çıxarılıb və bir oxunuşda təsdiqlənib.
Qərara əsasən, Azərbaycanın Portuqaliyadakı səfirliyi Lissabon şəhərində fəaliyyət göstərəcək.
Parlamentdə çıxış edən deputatlar bu addımın Azərbaycan–Portuqaliya münasibətlərinin inkişafına, həmçinin siyasi, iqtisadi və parlamentlərarası əlaqələrin daha da güclənməsinə töhfə verəcəyini bildiriblər.
Qeyd edək ki, son aylarda iki ölkə arasında diplomatik əlaqələrin genişləndirilməsi istiqamətində qarşılıqlı addımların atılması müşahidə olunur.
© 2026. Politic Signal