Ərdoğan III dünya müharibəsinə işarə edir.
Türkiyə prezidenti R.T. Ərdoğan Türkiyənin yerləşdiyi bölgənin və bütün dünyanın İkinci Dünya müharibəsindən sonra ən kritik hadisələri yaşadığını bildirib.
6/12/2026
Dövlət başçısı bildirib ki, hazırda dünya İkinci Dünya müharibəsinin sonundan bu yana ən kritik hadisələrin şahidi olur:
“Regionumuz və bütün dünya İkinci Dünya müharibəsinin sonundan bəri ən kritik hadisələrin şahidi olur. Türkiyəni bu oda sürüklənməkdən qorumağa çalışırıq. Bir böhran həll olunmazdan əvvəl digərinin başladığı dövrdə yaşayırıq. Raket və bomba səslərinin uşaqların fəryadını boğduğu günlərdən keçirik”, - dövlət başçısı bildirib.
Ərdoğan qeyd edib ki, müxtəlif bölgələrdə gərginliklər paralel şəkildə davam edir və yeni planlar hazırlanır:
“Qara dənizdə problemlər davam edərkən, Şərqi Aralıq dənizində yeni planlar hazırlanır, yeni oyunlar oynanılır:
“Heç kim sabah nə baş verəcəyini və ya silahların harada partlayacağını təxmin edə bilmir. Gördüyünüz kimi, Rusiya-Ukrayna müharibəsi bitməmişdən artıq bölgəmiz İrana hücumların ağır iqtisadi nəticələrinin bədəlini ödəyir. İsrail Qəzzada və Livanda bütün qanunları, qaydaları və prinsipləri tapdalayaraq qan tökməyə davam edir”.Rusiya Prezidenti çıxışı zamanı ordunun fəaliyyət istiqamətlərinə toxunaraq, “zərbələrin intensivliyinin artırılacağını” bildirib. O, bu addımın hərbi əməliyyatların “mövcud strategiya çərçivəsində davam etdirilməsi” ilə bağlı olduğunu qeyd edib.
© 2026. Politic Signal